Zərdabda 3 yaşlı uşaq faciəvi şəkildə öldü

Zərdabda 3 yaşlı uşaq ehtiyatsızlığın qurbanı olub.



Telexeber.az Report.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qoruqbağı kəndində qeydə alınıb.


Belə ki, 2023-cü təvəllüdlü K. Ə. atası Yaqub Kərimlinin idarə etdiyi otbağlayan aqreqatın təkərinin altında qalaraq ölüb.

Hadisə yerinə rayonun hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Популярный ролик