"Toyota Prado" aşdı - 4 nəfər yaralandı

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.



Telexeber.az-ın verdiyi xəbərə görə hadisə rayonun Əsədli kəndində qeydə alınıb.


Belə ki, hərəkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfərin xəsarət aldığı bildirilir.

Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.

Faktla bağlı araşdırma aparılır.
Популярный ролик