Bakıda 18 yaşlı qız sevgilisini bıçaqladı
- 16.09.2020, 23:14,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini bıçaqlamaqda ittiham olunan Gülşən Mustafayevanın cinayət işi hazırlıq iclası keçirilib.
Telexeber.az Report-a istinadən xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrlik etdiyi iclasda anket məlumatları dəqiqləşdirilib.
Baxış iclası sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu ilin may ayında Abşeron rayonu, Atyalı yaşayış massivində baş verib.
1999-cu il təvəllüdlü Musa Abdullayev sevgilisi, 18 yaşlı Gülşən Mustafayeva tərəfindən bıçaqlanıb.
Gülşən Mustafayevaya Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsi ilə ittiham verilib.