SON DƏQİQƏ: Dronlarla hücum - Neft zavodu partladıldı
- 04.03.2021, 19:26,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Yəməndəki Husi üsyançıları Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki neft zavodunu hədəfə alıb.
Telexeber.az xəbər verir ki, bu barədə Husilər yazılı açıqlama verib.Bildirilib ki, hücum minalanmış pilotsuz uçuş aparatları ilə təşkil edilib. Onların iddiasına görə, hücum uğurlu alınıb. Qruplaşma sözçüsü hücumla bağlı bəzi görüntülər də yayıb. Lakin Səudiyyə Ərəbistanı hökuməti hələlik hadisəyə münasibət bildirməyib.
Qeyd edək ki, iki gün əvvəl Husilərin Yəmənlə sərhəddə yerləşən Cizan bölgəsindəki yaşayış məntəqəsinə raket zərbəsi endirdiyi və azı 5 nəfərin xəsarət aldığı barədə xəbərlər yayılmışdı.