Qaçqınların yaşadığı binada dəhşətli hadisə - 10 nəfər öldü, 170 yaralı var
- 08.03.2021, 19:28,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Yəmənin paytaxtı Sənada qaçqınların nəzarətdə saxlanıldığı mərkəzdə güclü yanğın baş verib.
Telexeber.az xəbər verir ki, hadisə zamanı azı 10 nəfər həyatını itirib. 170 qaçqın xəsarətlər alıb. Məlumata görə, hadisə zamanı mərkəzdə 300-dən çox mühacir olub. Hadisənin səbəbləri araşdırılır.