Qaçırdıqları avtomobillə qəza törətdilər
- 13.03.2021, 09:35,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Tovuz Rayon Polis Şöbəsinə V.Hüseynova məxsus “VAZ-2106” markalı avtomobilin Abulbəyli kəndi ərazisindən qaçırılması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Telexeber.az-a verilən məlumata görə, avtomobil polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün kəndin ərazisində əzilmiş vəziyyətdə tapılıb. Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən rayon sakinləri E.Abbasov və İ.Sadıqov müəyyən edilərək saxlanılıblar.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.