Ağdaşda 16 yaşlı oğlanı avtomobil vuraraq öldürüb
- 17.03.2021, 20:08,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Ağdaş rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, hadisə bu gün saat 17:20 radələrində Bakı-Qazax yolunun Ağdaşın Əmrarx kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
"Jeep" markalı minik avtomobili yolu keçən piyada, Əmrarx kənd sakini, 2005-ci il təvəllüdlü Həsənov Uğur Laçın oğlunu vurub. U.Həsənov aldığı ağır xəsarətlər səbəbindən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.(APA)