İran israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON DETALLAR

İran israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON DETALLARKipr respublikasında tutulan azərbaycanlı killerlə bağlı yeni sensasion təfərrüatlar ortaya çıxıb. İsrail KİV-ləri Kipr televiziyasına istinadən bildirir ki, saxlanılan həmin şəxsin İran xüsusi xidmət orqanlarının sifarişi ilə israilli biznesmeni qətlə yetirmək üçün göndərildiyi ehtimal edilir.

Telexeber.az virtualaz.org-a istinadən xəbər verir ki, hazırda Kiprdə misli görünməmiş təhlükəsizlik tədbirləri görülüb və azərbaycanlı killerin siyahısında olan şəxslər təcili olaraq bu ölkədən çıxarılıb.

Bildirilir ki, Rusiya pasportu daşıyan həmin azərbaycanlı saxlanılanda icarəyə götürdüyü avtomobildə olub. Onun üzərindən səsboğuculu tapança və üç mobil telefon tapılıb. Şübhəli şəxsin siyahısında öldürülməsi nəzərdə tutulan azı beş nəfərin olduğu bildirilir. Kipr hakimiyyəti bu haqda məlumat alan kimi bir neçə adama xəbərdarlıq edib və onlar adadan qaçıb gizlənməyə imkan tapıblar.

Məlumatda deyilir ki, azərbaycanlı killer Rusiyadan təyyarə reysi ilə təxminən iki həftə əvvəl Kiprin Larnaka aeroportuna gedib. O vaxtdan bəri saxlanılana qədər Famaqusta rayonunda mübahisəli ərazidə iki dəfə gecələyib.
İran israilli biznesmeni öldürmək üçün azərbaycanlı killer göndərdi - SENSASİON DETALLAR
Həmin şəxs Kiprin bəzi rəsmi şəxsləri ilə görüşəndə Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarının diqqətini cəlb edib. Kiprin yunan və türk hissəsi arasında diqqəti cəlb etmədən yerdəyişmə etməyə çalışan bu şəxs Anqomi kəndi yaxınlığında elektrosamokatdan düşərək kirayə götürdüyü avtomobilə minib, bu vaxt onu polis əməkdaşları saxlayıb.

Hazırda şəxsdən götürülmüş tapança ballistik ekspertizadadır və xüsusi xidmət əməkdaşları onun telefonlarından informasiyaları götürməyə çalışırlar. Habelə şübhəlinin avtomobili olan yerin yaxınlığındakı videomüşahidə kameralarının görüntüləri izlənilir. Həmin yerin yaxınlığında killerin siyahısında olan biznesmenin ofisi yerləşir.

Azərbaycanlının barəsində həbs qətimkan tədbiri daha 8 gün uzadılıb, onun məhkəməsi qapalı rejimdə keçirilib. Kipr KİV-ləri adada bu vaxta qədər görünməmiş təhlükəsizlik tədbirlərinin görüldüyünü bildirir. Polis isə söhbətin Kiprin dövlət təhlükəsizliyindən getdiyini açıqlayıb.

***

Kipr polisi (yunan Kipri,-red.) bu ölkədə yaşayan “nüfuzlu biznesmeni” öldürmək üçün göndərildiyi ehtimal edilən azərbaycanlı killeri yaxalayıb. Bu haqda in-cyprus.philenews.com portalı polisdəki mənbələrə istinadən bildirir.

Telexeber.az virtualaz.org-a istinadən xəbər verir ki, Rusiya pasportu daşıyan 38 yaşlı azərbaycanlı bu həftənin bazar ertəsi, sentyabrın 27-də Kiprin yunan hissəsi ilə türklər yaşayan hissəsi arasındakı Aqios Dometios nəzarət-buraxılış məntəqəsini keçdikdən tezliklə sonra Nikosiyada saxlanılıb. Polis bir neçə gündür onu izləyirmiş, saxlanılarkən bu şəxsin avtomobilində səsboğucu ilə təchiz edilmiş tapança aşkarlanıb

Polis ehtimal edilir ki, şübhəli şəxs Nikosiyada qətl törətməyi planlaşdırıbmış. Belə aydın olur ki, saxlanılan azərbaycanlı tək olmayıb, onunla birlikdə daha bir neçə azərbaycanlı Kiprə gedib. Məlum olub ki, azərbaycanlılar bir neçə gün əvvəl Kirpin Larnaka aeroportuna enən təyyarədə olublar. Onlar daha sonra adanın türk hissəsinə (tanınmamış Şimali Kipr Türk Respublikasına,-red.) keçiblər. Lakin bazar ertəsi onlar yenidən Kipr respublikasına geri qayıdıblar.

Polis istisna etmir ki, bu şəxslərin qurbanı son illər Kiprdə yaşayan və işləyən israilli biznesmen ola bilərdi. Lakin dəqiq dəlillər olmadığından bu barədə rəsmi açıqlama verilmir, şübhəli şəxs isə susur və istintaqla əməkdaşlıqdan imtina edir.
Популярный ролик