Vəzifəli şəxsi iş başında öldürən GÖRÜN KİM İMİŞ
- 09.10.2021, 09:01,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) direktoru Ziyad Əhmədovu qətlə yetirən baş mühasibin sabiq vəzifəli şəxsin oğlu olduğu müəyyənləşib.
Telexeber.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktoru iş otağında bıçaqlayaraq öldürən Mirhadi Bağırovun atası Mirtağı Bağırov Goranboy Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini olub. O, hazırda təqaüddə olan polis polkovnik-leytenantıdır.
Qeyd edək ki, sözügedən qəttlə bağlı cinayət işi başlanıb. Mirhadı Bağırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.