Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 109 nəfər tutulub
- 11.04.2022, 12:16,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Respublikanın daxili işlər orqanları tərəfindən ötən iki gün ərzində törədilmiş 126 cinayətin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Telexeber.az-a verilən xəbərə görə, əvvəlki dövrlərdən bağlı qalmış 18 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 49 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 33 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 72, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 109 nəfər saxlanılıb.