Qubada kişi keçmiş arvadını öldürüb, sonra intihar edib
- 20.04.2022, 09:14,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Prokurorluq Qubada kişinin keçmiş arvadını öldürməsi, sonra intihar etməsi barədə məlumat yayıb.
Telexeber.az-ın məlumatıan görə, Quba rayon prokurorluğunun məlumatında bildirilib ki, aprelin 19-u saat 13 radələrində Quba rayonu, Bərqov kənd sakinləri - 1966-cı il təvəllüdlü İlham Xudamov və 1973-cü il təvəllüdlü Sara Əsədovanın birgə yaşadıqları evdə ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla İlham Xudamovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla keçmiş arvadı Sara Əsədovaya çoxsaylı xəsarətlər yetirərək qəsdən öldürməsinə, daha sonra həmin bıçaqla özünə xəsarət yetirərək intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə istintaq davam edir.