Bərdədə avtomobillər toqquşub, ölən var
- 21.07.2022, 12:05,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bərdə rayonunda avtomobillər toqquşub, ölən var.
Bu barədə Telexeber.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 20-də saat 19 radələrində rayonun Əliyanlı kəndi ərazisində Əhəd Hacıyev idarə etdiyi “VAZ-2121” markalı avtomobili önündə gedən “Toyota” markalı avtomobilə vurub və qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilən Ə.Hacıyevin sərnişini Şəhla Eyvazova orada ölüb.
Araşdırma aparılır.