Bakıda yol qəzası: Ata və 8 yaşlı qızı xəsarət aldı
- 31.08.2022, 08:20,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Telexeber.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1988-ci il təvəllüdlü Nağıyev Vamiq İlham oğlu və onun 8 yaşlı övladı Nağıyeva Sərvanə Vamiq qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisənin təfərrüatı araşdırılır.