Samir əvvəl başqa şəhərdə təhsil alırmış - Ailəsi bu səbəbdən onu Malatyaya köçürüb

Türkiyədə zəlzələ nəticəsində həlak olan tələbələrdən biri Samir Quliyev barədə maraqlı fakt ortaya çıxıb.

Telexeber.az xəbər verir ki, onun yaxınlarının məlumatına görə Samir bundan əvvəl Türkiyənin Elazığ vilayətindəki universitetlərdən birində təhsil alırmış.

Ailəsi 2020-ci ildə orada baş verən zəlzələdən sonra gənc oğlanın universitetini Malatya şəhərindəki təhsil ocağına dəyişib.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 bal gücündə zəlzələ baş verib. Samir Quliyevlə yanaşı, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə adlı azərbaycanlı tələbələr dağıntılar altında qalaraq həlak olublar.
Популярный ролик