Naxçıvanda körpə ölü doğuldu - Cinayət işi başlanıldı
- 16.02.2023, 08:31,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvanda körpənin ölü doğulması ilə bağlı cinayət işi başlanılıb.
Bu barədə Telexeber.az-a Naxçıvan Muxtar Respublikası Prokurorluğundan məlumat verilib.
Belə ki, Babək rayon sakini, 2000-ci il təvəllüdlü Zenfira Quliyevanın Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzində körpənin ölü doğulması faktı ilə bağlı Naxçıvan Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Xəstəxananın həkimləri tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində dölün ölü doğulmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
İbtidai istintaq Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsində davam etdirilir.