Salyanda partlayış olub, xəsarət alan var
- 13.03.2023, 08:54,
- Hadisə
Facebook
Вконтакте
Одноклассники
Google+

Salyanın Yuxarı Noxudlu kəndində qızdırıcı cihazın partlaması nəticəsində bir nəfər yanıq xəsarətləri alıb.
Telexeber.az Report-a istinadən xəbər verir ki, kənd sakini, 1987-ci il təvəllüdlü Həsənov Amid Əmrah oğlu öz evinin həyətində qızdırıcı cihazla ("primus"la - red) iş görərkən cihaz partlayıb.
A.Həsənov partlayış zamanı ağır yanıq xəsarətləri alıb. O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Lakin vəziyyəti ağır olduğundan Bakıya göndərilib.
Faktla bağlı araşdırma aparılır.