“Liverpul” - “Arsenal” oyununda hakimdən inanılmaz davranış - VİDEO

İngiltərə Premyer Liqasının “Liverpul” - “Arsenal” matçında hakimlə futbolçu arasında gərginlik olub.
Telexeber.az xəbər verir ki, “Liverpul”u müdafiəçisi Endrü Robertson köməkçi hakim Konstantin Xatsidakisi boğazına dirsəklə vurmaqda ittiham edib. Məlumata görə, oyundan sonra yayımlanan fotolar, həqiqətən də, hakimin futbolçunu dirsəklə vurduğunu ortaya çıxarıb.

Qarşılaşmadan sonra “Liverpul”un baş məşqçisi Yurgen Klopp insidentə geniş şərh verməyib: “Bilirəm ki, belə bir şey olub, amma epizodu görməmişəm. Əgər belə olubsa, şəkillər öz sözünü deyəcək”.

İngiltərə futbolunda hakimliklə məşğul olan “Professional Game Match Officials Limited” (PGMOL) hadisəni araşdırdığını bildirib.

Xatırladaq ki, “Liverpul” – “Arsenal” matçı 2:2. hesabı ilə başa çatıb.
Популярный ролик