Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş yarışının qalibi bəlli olub
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda keçirilən atıcılıq üzrə “Dünya Kuboku 2023” sona yaxınlaşır.
Telexeber.az xəbər verir ki, daha bir növdə mükafatçılar bəlli olub.
Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş üzrə yarışın final mərhələsi keçirilib.
6 idmançının medallar uğrunda yarışdığı finalda üçüncü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub.
Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.
Yarışın qalibi isə Çin idmançısı Yu Heng Li olub. 33 xal toplayan idmançı bütün rəqiblərini qabaqlayıb.
Qeyd edək ki, bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş yarışları ilə “Dünya Kuboku 2023”ə yekun vurulacaq.