Oyunçu mübadiləsi - Neymarı verib bu futbolçunu alırlar
Facebook
Вконтакте
Одноклассники
Google+
Neymar və Veratti PSJ-dən ayrılmaq istəyir.
Telexeber.az Ntv spor-a istinadən xəbər verir ki, futbolçular bu barədə klub rəhbərliyinə bildiriblər. Məlumata görə, klubdakı gərginlikdən sonra rəhbərlik də xüsusilə Neymarı satmaqda maraqlıdır. 31 yaşlı Neymarı klubdan göndərmək istəyən rəhbərlik onunla müqaviləni dayandırmağa hazırdır. Digər seçim isə PSJ ilə 2025-ci ilə qədər müqaviləsi olan Neymar, futbolçu mübadiləsində istifadə edilə bilər. İddialara görə, PSJ Neymarı “Mançester Siti”yə verərək, əvəzində Bernardo Silvanı ala bilər.
Qeyd edək ki, hər iki klubun rəhbərləri ərəblərdir.