"Qəbələ" heyətinə daha bir futbolçu qatıb
Facebook
Вконтакте
Одноклассники
Google+

Yeni mövsümün hazırlaşan "Qəbələ" heyətinə daha bir futbolçu qatıb.
Telexeber.az xəbər verir ki, "qırmızı-qaralar" Gilad Avramovun keçidini rəsmiləşdirib.
İsrailli yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
23 yaşlı futbolçu peşəkar karyerasına 2018/2019 mövsümündə ölkəsinin "Hapoel" (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.
Qeyd edək ki, "Qəbələ" daha əvvəl Ahmed Ayzaya, Zurab Oçiqava, Lukas Afriko və Osama Xalailanı transfer edib.