Azərbaycanın basketbol yığması Cəbəllütariqə qalib gəldi
Facebook
Вконтакте
Одноклассники
Google+

18 yaşadək oğlan basketbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının C Divizionunda 5-9-cu yerlər uğrunda keçirdiyi ilk oyununda qələbə qazanıb.
Telexeber.az-ın məlumatına görə, komanda Bakıda Cəbəllütariq seçməsini 75:58 hesabı ilə məğlub edib.
Yığmanın növbəti rəqibi Andorra olacaq. Avqustun 5-də keçiriləcək qarşılaşma saat 12:30-da start götürəcək.