“Neftçi” doğma divarlar arasında “Beşiktaş”a uduzdu
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 10-da “Neftçi” klubu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Bakıda İstanbulun “Beşiktaş” komandası ilə qarşılaşıb.
Telexeber.az xəbər verir ki, “Neftçi Arena”da keçirilən oyunda “Ağ-qaralar” 1:3 hesabı ilə uduzublar.
Matçın birinci hissəsində iki qol vuran qonaqlar fasiləyə qələbə ilə yollanıblar. İstanbul təmsilçisinin heyətində Vinsent Abubakar (14) və Cekson Muleka (23) fərqləniblər – 2:0. Qarşılaşmanın 62-ci dəqiqəsində Salih Uçan komandasının üçüncü topunu “Neftçi”nin qapısından keçirib. Oyunun 79-cu dəqiqəsində “Neftçi” vurulan qollardan birinin əvəzini çıxmağa nail olub. Bakılıların fransalı yarımmüdafiəçisi Kilan Lebon adını tabloya yazdırıb – 1:3. Görüş bu hesabla da başa çatıb.
Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 17-də oynanılacaq.