İdman nazirindən “Qarabağ”la bağlı AÇIQLAMA
Facebook
Вконтакте
Одноклассники
Google+
“Qarabağ” futbol klubunu və bütün azarkeşləri təbrik edirəm.
Telexeber.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında gənclər və idman naziri Fərid Qayıbov deyib.
O, Ağdam təmsilçisinin 8-ci dəfə UEFA Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanmasına münasibət bildirib: “Komandamız ardıcıl 10-cu dəfə avrokubokların qrupunda mübarizə aparacaq. Demək olar ki, bütün qış boyu doğma stadionumuzda futbola baxa biləcəyik”.
Püşkatmanın nəticəsini də dəyərləndirən nazir Azərbaycan çempionundan bu dəfə daha yaxşı nəticələr gözlədiyini gizlətməyib: “Artıq rəqiblərimiz bəllidir. Çox istərdim ki, qrup oyunlarının sonunda nəticələr yaxşı olsun və biz növbəti mərhələyə adlayaq. Bildiyiniz kimi, iki ildir pley-off mərhələsində dayanmışıq. Bir azarkeş və idman naziri kimi çox istərdim ki, bu dəfə həmin səddi də aşaq”.
Qeyd edək ki, “Qarabağ” Avropa Liqasında Almaniyanın “Bayer”, Norveçin “Molde” və İsveçin “Haken” klubları ilə birlikdə H qrupunda mübarizə aparacaq.