Bu gün Avro-2024-ün final mərhələsinin püşkü atılıb.
Ətraflı
Ad - 00:12
Telexeber.az xəbər verir ki, Hamburqda keçirilən tədbir Bakı vaxtı ilə saat 21:00-da başlayıb.
Püşkatmada 21 milli komanda rəqiblərini tanıyıb. Son 3 vəsiqənin sahibi isə pley-off mərhələsinin oyunları ilə müəyyənləşəcək. A, B və C Yolundan gələcək yığmalar 4-cü səbətdə yer alacaqlar.
AÇ-2024
A qrupu: Almaniya, Şotlandiya, Macarıstan, İsveçrə
B qrupu: İspaniya, Xorvatiya, İtaliya, Albaniya
C qrupu: Sloveniya, Danimarka, Serbiya, İngiltərə
D qrupu: Fransa, Avstriya, Niderland, A Yolunda pley-off qalibi (Polşa, Estoniya, Uels, Finlandiya)
E qrupu: Belçika, Rumıniya, Slovakiya, B Yolunda pley-off qalibi (İsrail, İslandiya, Bosniya və Herseqovina, Ukrayna)
F qrupu: Portuqaliya, Türkiyə, Çexiya, C Yolunda pley-off qalibi (Gürcüstan, Lüksemburq, Yunanıstan, Qazaxıstan)
Qeyd edək ki, Avropa çempionatı 14 iyun - 14 iyulda Almaniyanın 10 şəhərində təşkil olunacaq.