Səudiyyə Ərəbistanının “Əl-Nəssr” və ABŞ-ın “İnter Mayami” klubları arasında yoldaşlıq oyunu keçirilib. Telexeber.az xəbər verir ki, oyun “Əl-Nəssr” klubunun 6-0 hesablı qələbəsi ilə başa çatıb.
Kriştiano Ronaldo zədə səbəbindən oyunda iştirak etməyib. Lionel Messi isə oyuna 83-cü dəqiqədə daxil olub. Amerik Laporte 70 metrədən vurduğu qolla heyrətə gətirib.