“Qalatasaray” darmadağınla liderliyi ələ keçirdi

Futbol üzrə Superliqasında XXVII turun daha 4 oyunu keçirilib.


Telexeber.az xəbər verir ki, çempionluğa iddialı "Qalatasaray" səfərdə "Ankaragücü"nün qonağı olub. Görüş İstanbul təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Kərəm Dəmirbay, Davinson Sançes və Mauro İkardi vurublar.

Bu qələbə ilə xallarını 69-a çatdıran "Qalatasaray" yenidən liderliyə yüksəlib. İkinci pillədə 67 xalla "Fənərbağça" qərarlaşıb.

Günün digər oyunlarında "Alanyaspor" "Adana Dəmirspor"la 3:3, "Qaziantep" "Samsunspor"la 1:1 hesablı heç-heçə edib, "Trabzonspor" isə "Pendikspor"a 2 cavabsız qolla qalib gəlib.
Популярный ролик