
Bu gün Azərbaycan Premyer Liqasında 24-cü tura yekun vurulacaq.
Telexeber.az xəbər verir ki, son gündə iki görüş baş tutacaq.
Günün ilk oyununda “Araz-Naxçıvan” “Zirə”ni qəbul edəcək.
Son oyun isə lider “Qarabağ”la əsas izləyicisi “Sumqayıt” arasında baş tutacaq.
Daha öncə “Kəpəz” “Qəbələ”yə (2:1), “Səbail” “Sabah”a (2:0) qalib gəlib, “Turan Tovuz” – “Neftçi” matçında (1:1) qalib müəyyənləşməyib.
Azərbaycan Premyer Liqası
24-cü tur
25 fevral
“Araz-Naxçıvan” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Zöhrab Abbasov, Kamal Umudlu.
“Dalğa Arena”, 16:30.
“Qarabağ” – “Sumqayıt”
Hakimlər: Nicat İsmayıllı, Teymur Teymurov, Asiman Əzizli, Vüqar Həsənli
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.