Nəriman Axundzadə ilə bağlı qərar verildi
Facebook
Вконтакте
Одноклассники
Google+

“Qarabağ” futbolçusu Nəriman Axundzadə ilə müqaviləni yeniləyib.
Telexeber.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
20 yaşlı hücumçu ilə yeni anlaşma daha 4 il müddətinə nəzərdə tutulub.
Qeyd edək ki, N.Axundzadə “Qarabağ”ın yetirməsidir. O, 2013-2022-ci illərdə Ağdam təmsilçisinin əvəzedicilərdən ibarət komandasında oynayıb. Nəriman 2022-ci ildən “Qarabağ”ın əsas komandasının üzvüdür. O, bu mövsüm 43 matçda meydana çıxıb, 15 qol vurub və 1 qolun ötürməsini verib.