Türk klubundan "Qarabağ"ın ulduzuna 4 milyon

İstanbulun "Beşiktaş" klubu bu yay ilk transferini "Qarabağ"dan edə bilər. Klub Andrade üçün 4 milyon avro ödəməyə hazırdır.
Telexeber.az xarici mediaya istinadən xəbər verir ki, türk klubu Leandro Andradenin keçidini həll etmək istəyir. Məlumata görə, İstanbul təmsilçisi artıq futbolçunun meneceri ilə müəyyən danışıqlar aparıb və artıq "Qarabağ"la danışıqlara başlayıb.

Qeyd edək ki, kabo-verdeli futbolçunun "Qarabağ"la müqaviləsi 2027-ci ilə qədərdir.
Популярный ролик