"Şamaxı" yeni transfer etdiyi futbolçu ilə yollarını ayırdı
Facebook
Вконтакте
Одноклассники
Google+

“Şamaxı” klubu yeni transfer etdiyi futbolçusu Lubeni Haukonqo ilə yollarını ayırıb.
Klubdan Telexeber.az-a verilən məlumata görə, Namibiya millisinin üzvü Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən ölkədə yaşamaq icazəsi ala bilmədiyi üçün tərəflər arasında imzalanan müqavilə qüvvəyə minməyib.
Qeyd edək ki, müdafiəçi ilə 1 illik müqavilə imzalanmışdı.