Azərbaycanlı azarkeşlər üçün biletin qiyməti bəlli oldu
Facebook
Вконтакте
Одноклассники
Google+

UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Estoniya ilə qarşılaşacaq Azərbaycan millisinin azarkeşləri üçün ayrılan bilet qiyməti bəlli olub.
Telexeber.az xəbər verir ki, qonaq tərəfdarlar üçün ayrılmış B-16 sektoruna biletlərin qiyməti 35 AZN-dir.
Yığmanı səfərdə dəstəkləmək istəyən azarkeşlər biletlər iTicket.az-da onlayn şəkildə əldə edə bilərlə.
Qeyd edək ki, oktyabrın 11-də Tallin şəhərində yerləşən “Lilleküla” stadionunda keçiriləcək Estoniya – Azərbaycan matçı yerli vaxtla saat 19:00-da (Bakı vaxtı ilə saat 20:00) başlayacaq.