"Panatinaikos"da Terim "peşmanlığı" - Alonsonu göndərdilər

Ardıcıl uğursuz çıxış edən Yunanıstanın "Panatinaikos" klubu 49 yaşlı uruqvaylı baş məşqçi Dieqo Martin Alonso ilə yollarını ayırıb.
Telexeber.az xəbər verir ki, "Panatinaikos"da Fatih Terimin yerinə böyük ümidlərlə gətirilən Alonso da gözlənilən nəticəni verə bilməyib. Yunanıstan Super Liqasında bu mövsüm 9 oyunda cəmi 3 qələbə, 4 heç-heçə və 2 məğlubiyyətlə 13 xal toplayaraq 8-ci yerdə qərarlaşan "Panatinaikos" 5 ayda ikinci baş məşqçi ilə vidalaşmış olub.

Fatih Terim "Panatinaikos" ilə 26 oyunda 14 qələbə, 6 məğlubiyyət və 6 heç-heçə ilə çıxışa görə 1.85 xal ortalaması əldə etmişdi. Alonso isə komandanın başında çıxdığı 17 matçda 6 qələbə, 6 məğlubiyyət və 5 heç-heçə ilə yalnız 1.35 xal ortalaması toplaya bilib.

Yunan mətbuatı Alonsonun ayrılıq qərarının ardından Terimin göndərilməsini “peşmanlıq” kimi qiymətləndirib.
Популярный ролик