Azərbaycan atleti 1 qızıl və 2 gümüş medal qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan atleti Polşada keçirilən gənclər və 23 yaşadək idmançılar arasında Avropa birinciliyində 1 qızıl və 2 gümüş medal qazanıb.
Telexeber.az xəbər verir ki, Ravin Alməmmədov (81 kq) birdənqaldırmada 151 kq-ı ram edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
O, təkanla qaldırmada isə 187 kq-ın öhtəsindən gəlib və nəticədə gümüş medal əldə edib.
R.Alməmmədov toplam 338 kq (151+187) nəticə ilə yekun sıralamada gümüş medalı hesabına yazdırıb.