"Qəbələ" liderliyə yüksəldi - I Liqa
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib.
Telexeber.az xəbər verir ki, XVII turda "Karvan"la qarşılaşan "qırmızı-ağlar" 1:0 hesablı qələbə qazanıb.
Yevlax şəhər stadionunda baş tutan matçda yeganə qolu 88-ci dəqiqədə Nuğay Rəşidov meydan sahiblərinin qapısından keçirib.
Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Qəbələ" zirvəni ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə enib.