Qurban Qurbanov ən yaxşı yerli fubolçunu açıqladı
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov 2024-cü il üçün Azərbaycanın ən yaxşı futbolçusu haqda danışıb.
Telexeber.az qol.az-a istinadən xəbər verir ki, bu barədə o, bu gün “Araz Naxçıvan”la Misli Premyer Liqasının 18-ci turunun oyunundan (2:0) sonra fikirlərini bildirib.
Mətbuat konfransında Ağdam klubunun baş məşqçisinə bu haqda sual ünvanlanıb. Q.Qurbanov bu zaman öz versiyasını açıqlayıb və üstünlüyü komandasının futbolçusuna verib:
“İlk ağlıma gələn Toral Bayramov oldu. Çox yaxşı mövsüm keçirdi. Avrokuboklarda da, çempionatda da. Komandamın ən fəal oyunçularından oldu”.