"Fənərbaxça" qərarını dəyişdi - Türk futbolunda görünməmiş transfer

“Əl Nəssr” klubu “Fənərbaxça” klubunun futbolçusu Yusif En-Nesyrini transfer etmək istəyir.
Telexeber.az xəbər verir ki, ərəblər Türkiyə klubuna əvvəlcə 35 milyon avro təklif edib. İddialara görə, təklif futbolçunu satmaq istəməyən “Fənərbaxça”nı cəlb edib. Bununla belə, klub təklifi rədd edib. Məlumata görə, “Fənərbaxça” futbolçu üçün 40 milyon avro tələb edir. Bildirilir ki, En-Nesyri 40 milyon avroya satılarsa, bu, Türkiyə futbol tarixinin ən bahalı satışı olacaq. Məlumata görə, “Fənərbaxça” Anderson Taliska ilə bağlı danışıqlar apararkən “Əl Nəssr” klubu da “Fənərbaxça”ya Yusif En-Nesyri ilə bağlı təklif irəli sürüb.

Qeyd edək ki, Anderson Taliskanın “Fənərbaxça” ilə razılığa gəldiyi deyilir. Futbolçunun mövsümün fasiləsində icarə əsasında Türkiyə klubuna qoşulacağı deyilir.
Популярный ролик