"Kəpəz" "Turan Tovuz"u darmadağın etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan Premyer Liqasının XIX turunda "Kəpəz" "Turan Tovuz"u məğlub edib.
Telexeber.az oxu.az-a istinadən xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan qarşılaşma Gəncə klubunun qələbəsi ilə yekunlaşıb - 5:2.
Azər Bağırovun rəhbərlik etdiyi kollektivdən Turan Manafov dubl (17, 57) müəllifi olub. Digər qolları Yeqor Xvalko (42) və Mahamadu Ba (75) və Karim Lkoça (90+2) rəqib qapısından keçirib.
Kurban Berdıyevin baş məşqçisi olduğu "Turan Tovuz"dan isə Kristian da Silva (4) və Rəhim Sadıxov (34) fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 14-ə çatdıran "Kəpəz" turnir cədvəlində 9-cu pilləyə yüksəlib. "Turan Tovuz" isə 32 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX turun əvvəlki görüşlərində "Qarabağ" "Şamaxı"nı 3:2, "Zirə" "Araz-Naxçıvan"ı 1:0, "Səbail" isə "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub edib.