Azərbaycan millisi II seçmə mərhələdə ilk oyununu keçirdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın 19 yaşadək qadın futbolçulardan ibarət milli komandası Avropa çempionatının II seçmə mərhələsində ilk oyununu keçirib.
Telexeber.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda yer alan yığma Şimali İrlandiya seçməsi ilə üz-üzə gəlib. Albaniyanın paytaxtı Tiranada yerləşən “House of Football Natural Pitch” stadionunda təşkil olunan qarşılaşma Şimali İrlandiya millisinin 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, U-19 növbəti oyununu fevralın 21-də meydan sahibi Albaniya kollektivinə qarşı keçirəcək.