Qurban Qurbanov erməni rəqibini məğlub etdi
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın daha 3 yunan-Roma güləşçisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bu gün mübarizəyə aparıb.
Telexeber.az xəbər verir ki, 82 kq çəkidə Qurban Qurbanov ermənistanlı Samvel Qriqoryana 3:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlib.
72 kq çəkidə Ülvü Qənizadə 1/8 finalda macarıstanlı Levente Levaya 4:6 hesabıyla məğlub olub.
Bundan başqa, 92 kq çəkidə Murad Əhmədiyev 1/8 finalda litvalı Mindauqas Venkaitisə xalların keyfiyyətinə görə (5:5) məğlub oldu.

