"Neftçi" qalib gəldi
Facebook
Вконтакте
Одноклассники
Google+

Misli Premyer Liqasının XXXV turunda "Neftçi" "Səbail"ə qalib gəlib.
Telexeber.az xəbər verir ki, "Neftçi Arena"da baş tutan görüş meydan sahibləri 3:0 hesablı qələbəyə seviniblər.
"Ağ-qaralar"ın heyətində Dembo Darboe (1), Ağadadaş Salyanski (25) və Aleks Fernandes (80) fərqləniblər.
Samir Abasovun rəhbərlik etdiyi kollektiv 43 xalla altıncı sırada qərarlaşıb. 22 xala malik "dənizçilər" sonuncu - onuncudur.