"Real" Ardaya görə ulduz futbolçunu göndərdi

Luka Modriçin “Real Madrid”dən ayrılması ilə bağlı yeni iddia ortaya atılıb.
Telexeber.az xəbər verir ki, Modriçin Arda Gülerə görə klubdan göndərildiyi irəli sürülür. AS nəşrinin iddiasına görə, “Real” rəhbərliyi Modriçin heyətdə qalmasının Ardanın təcrübə toplamasına mane ola biləcəyini irəli sürüb. Buna görə də Modriçlə yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, “Real”ın yeni məşqçisi Xabi Alonsonun Arda Güleri Luka Modriçin mövqeyində oynadacağı ilə bağlı xəbərlər dərc edilib. İddia edilir ki, Alonso Ardanı yarımmüdəfiəçi mövqeyində oynadacaq.
Популярный ролик