Azərbaycan və Özbəkistan U-20 Dünya Çempionatına birgə ev sahibliyi edəcək
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycan və Özbəkistan 2027-ci ildə keçiriləcək 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında dünya çempionatının final mərhələsinə birgə ev sahibliyi edəcəklər.
Telexeber.az xəbər verir ki, bu barədə FIFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında qərar qəbul olunub.
Bildirilib ki, bu tarixi nailiyyət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin uğurlu idman siyasətinin, o cümlədən ölkələrimizdə futbolun inkişafına göstərdikləri diqqətin nəticəsidir:
"Yüksək inam və etimada görə FIFA İcraiyyə Komitəsinin üzvlərinə, xüsusən də, qurumun prezidenti cənab Canni İnfantinoya minnətdarlığımızı bildiririk".