Azərbaycan səfərdə Ukrayna millisinə məğlub oldu - DÇ-2026


Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Ukrayna ilə qarşılaşıb.
Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matç rəqib komandanın 2:1 hesablı qələbəsi ilə bitib.

Ukraynalıların heyətində Aleksey Quçulyak (30) və Ruslan Malinovski (64) fərqləniblər. Yığmanın yeganə qolu isə rəqibin heyətində Vitali Mikolenkonun ayağına yazılıb. O, 45+3-cü dəqiqədə avtoqol müəllifi olub.

***

00:11

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan üçüncü qol vurulub.

Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb - 2:1.

64-cü dəqiqədə Ruslan Malinovski fərqlənib.

***

23:51

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ikinci hissə başlayıb.

Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.


Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

***
23:37

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda ilk hissə başa çatıb.

Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda hesab bərabərdir - 1:1.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.

***

23:33

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab bərabərləşib.

Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda yığmamız bərabərlik qolunu vurub -1:1.

45+3-cü dəqiqədə Nəriman Axundzadə "status-kvo"nu bərpa edib.

***

23:18

DÇ-2026-nın seçmə mərhələsinin Ukrayna - Azərbaycan oyununda hesab açılıb.

Telexeber.az-ın məlumatına görə, Krakovdakı "Krakoviya" stadionunda keçirilən matçda rəqib hesabda irəli çıxıb.


30-cu dəqiqədə Aleksey Quçulyak başla dəqiq oynayıb.

***

23:45

DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda Ukrayna - Azərbaycan matçına start verilib.

Telexeber.az-ın məlumatına görə, qarşılaşma Krakovdakı "Krakoviya" stadionunda keçirilir.

Matçı avstriyalı baş hakim Sebastyan Qishamer idarə edir.
Популярный ролик