"Sabah" uduzdu - FIBA Çempionlar Liqası

"Sabah" basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.
Telexeber.az xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda "Alba" (Almaniya) ilə üz-üzə gəlib.

Milli Gimnastika Arenasında baş tutan oyun rəqibin 85:76 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi "Nimburk"a 65:93 hesabı ilə məğlub olub. Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi "Elan"a qarşı keçirəcək.
Популярный ролик