"Qarabağ" "Atletik"ə məğlub oldu - ÇL

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyununda səfərdə "Atletik" (Bilbao, İspaniya) ilə qarşılaşıb.
Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda reallaşan matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

***

22:33

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda dördüncü qol vurulub.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabdakı üstünlüklərini bir qədər də möhkəmləndiriblər.

88-ci dəqiqədə Qorka Quruseta dubl müəllifi olub.

***

22:17

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydan sahibləri hesabda irəli çıxıblar - 2:1.

70-ci dəqiqədə Robert Navarro fərqlənib.

***

21:50

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ikinci hissə başlayıb.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

***

21:34

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda ilk hissə başa çatıb.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda tərəflər hərəyə 1 dəfə fərqləniblər.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.

***

21:28

UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab bərabərləşib.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda meydana sahibləri "status-kvo"nu bərpa edib - 1:1.

40-cı dəqiqədə Qorka Quruseta adını tabloya yazdırıb.

***


20:49

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IIII turunun "Atletik" (Bilbao, İspaniya) - "Qarabağ" oyununda hesab açılıb.

Telexeber.az-ın məlumatına görə, "San Mames" stadionunda keçirilən matçda qonaqlar hesabı açıblar.


1-ci dəqiqədə Leandro Andrade fərqlənib.

***

20:45

İspaniyada "Atletik" (Bilbao) və "Qarabağ" komandaları arasında təşkil olunan UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunun oyunu başlayıb.

Telexeber.az-ın məlumatına görə, matç "San Mames" stadionunda keçirilir.

Qarşılaşmanı Xorvatiyadan olan FIFA referisi İqor Payaç idarə edir.
Популярный ролик