Avropa klubları "Fənərbaxça"nın ulduzuna elçi düşdü
Facebook
Вконтакте
Одноклассники
Google+

"Fənərbaxça"nın futbolçusu Sebastian Şimanski karyerasını Almaniyada davam etdirə bilər.
Telexeber.az xəbər verir ki, "Ayntraxt Frankfurt" futbolçunun xidmətində maraqlıdır. "Frankfurter Rundschau" qəzetinin məlumatına görə, "Ayntraxt Frankfurt" Sebastian Şimanskini transferini nəzərdən keçirib. Məlumata görə, "Fənərbaxça" ulduz oyunçu üçün 15 milyon avro tələb edir. "Ayntraxt Frankfurt"la yanaşı, “RB Leypsiq” və “Köln” klublarının da Şimanski ilə maraqlandığı irəli sürülüb.
Qeyd edək ki, Sebastian Şimanski "Fənərbaxça"nın əsas heyətindən kənarda qalıb. O, müntəzəm forma geyinmir.