Dünya çempionatında 11 boksçumuz yarışacaq

3-13 dekabr aralığında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək dünya çempionatında Azərbaycanı 11 boksçu təmsil edəcək.

Bu barədə Telexeber.az-a Azərbaycan Boks Federasiyasından məlumat verilib.

Yarışa 120-dən çox ölkə qatılacaq.

Azərbaycan komandasının heyətində Sübhan Mamedov (48 kq), Nicat Hüseynov (51 kq), Zəlimxan Süleymanov (54 kq), Ümid Rüstəmov (57 kq), Məhəmmədəli Aşurəliyev (60 kq), Maqsud Xasmetov (63,5 kq), Zaur Qəhrəmanov (67 kq), Sərxan Əliyev (70 kq), Səidcəmşid Səfərov (80 kq), Alfonso Dominqes (86 kq) və Məhəmməd Abdullayev (+92 kq) rinqə çıxacaqlar.
Популярный ролик