Futbolçunu yaralayan tərəfdara bu cəza verildi
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qalatasaray"ın ulduz futbolçusu Kazımcan Karataşı yaralayan tərəfdar polis nəzarətinə götürülüb.
Telexeber.az xəbər verir ki, bu barədə İstanbul Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, “Fənərbaxça” - “Qalatasaray” matçında futbolçu Kazımcan Karataşa alışqan atan şəxsə qarşı “qəsdən sağlamlığa zərər vurma” maddəsi ilə cinayət işi qaldırılıb. O, 1 il müddətinə idman yarışlarından uzaqlaşdırılıb.
“Qalatasaray”ın hüquq departamenti istintaqın gedişini nəzarət altında saxlayacağını bəyan edib.