"Qarabağ" Nərimanın satışından bu qədər qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

"Qarabağ" Nəriman Axundzadənin satışından böyük miqdarda pul qazanacaq.
Telexeber.az Sportinfo.az-a istinadən xəbər verir ki, "Kolambus Kru"dan gələn təklifi qəbul edən Ağdam klubu 1,5 milyon avro irəli düşəcək. ABŞ təmsilçisi təzminatı iki hissəyə bölərək, “köhlən atlar”ın hesabıma köçürəcək. Hücumçu növbəti 1-2 gün ərzində Azərbaycanı tərk edəcək. "Xəzər Lənkəran"ın 22 yaşlı yetirməsi bu zaman aralığında ABŞ-yə yollanacaq. Məlumata görə, onun "Kolambus Kru"ya keçid şərtləri razılaşdırılıb. Sadəcə, bəzi texniki və sənədləşmə prosesi qalıb, bu da qısa müddətdə aradan qalxacaq.
Hazırda viza açılmasını gözləyən forvard yeni klubu ilə 3 illik müqavilə imzalayacaq. Onun çıxışı MLS iştirakçısını razı salarsa, kontrakt daha 2 il müddətinə uzadılacaq.