İdmançımız Serbiyada medal qazandı
Facebook
Вконтакте
Одноклассники
Google+

Azərbaycanın yunan-Roma güləşçisi Fərid Xəlilov (67 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bürünc medal qazanıb.
Telexeber.az xəbər verir ki, o, bürünc medal uğrunda görüşdə macarıstanlı Petro Jitovozu 6:3 hesabı ilə məğlub edib.
Bu, Avropa çempionatında Azərbaycanın 5-ci bürünc medalı olub. Daha əvvəl sərbəst güləşçilər Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq), Zəfər Əliyev (97 kq) və Fərid Sadıxlı (55 kq) da bürünc medal sahibi olublar.